Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemləri birləşəcək və dövlətlər arasındakı ticarət əlaqələri inkişaf edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri deyib.
Moskvaya səfəri çərçivəsində M.Səfəri Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb. Görüşdə Rəşt-Astara yolunun tikintisinin davamı üçün Rusiyanın sərmayə yatırmaq şərtləri, yolun elektriklə təmin olunması və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, yolun tikintisi cari ildə davam edəcək.
162 kilometrlik Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edir. Bu yol Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək. Yüklər İranın Çabahar limanından Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi