ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə SEPAH və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada SEPAH və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - bəyanatda deyilir.
“Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd etmək istəyənlər bilsinlər ki, əgər onlar amerikalıya zərər versə, qarşılığını görəcəklər", - Bayden deyib.
- Yeniyetməni xilas edən Mikayıl Gözəlovun oğlu imiş - Foto
- Bu şəxslərin iş yerində saxlanılmasına üstünlük veriləcək
- Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi