Bu il Gürcüstanda ABŞ ilə birgə “Trojan Footprint” və “Noble Partner” çoxmillətli hərbi təlimlər keçiriləcək. Gürcüstanın bu təlimlərdə fəal iştirakı ölkənin müdafiə qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına xidmət edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın baş nazir postuna namizəd İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” adlı dörd illik hökumət proqramında deyilib.
Sənəddə bildirilir ki, Gürcüstanda 2024-cü ildə ABŞ-ın Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-ın xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcəklər.
Qeyd olunub ki, ABŞ-ın maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstanın Müdafiə Nazirliyi ölkənin müdafiə qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon dollardan çox vəsait alacaq.
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...