İsveçrənin Yevangelist Xalq Partiyasının Milli Şurasının üzvü Nik Qugger Azərbaycana buraxılmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri yazıb.
Bildirilib ki, əslində onun ölkəyə buraxılmaması diplomatik tərzdə qovulmadır. Belə ki, Qugger Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi gəlib. Onun bu sahədə “təcrübəsi də” varmış: Rusiya və Moldovada oxşar missiyalarda olub.
Lakin şənbə gecəsi Bakıya enən kimi onu diplomatik girişdə uniformalı polislər saxlayıblar. Pasportunu müsadirə ediblər və ölkəyə buraxılmayacağını bildiriblər. Halbuki onunla gələn ATƏT-in digər müşahidəçiləri, o cümlədən İsveçrə nümayəndə heyəti problemsiz Azərbaycana daxil olub.
Polis siyasətçini Bakı hava limanında təxminən üç saat saxlayıb, ona çay və yemək verilib, sonra İstanbula uçan təyyarəyə mindirilib. O, şənbə günü saat 14:00-da Sürixə çatıb.
İsveçrə Xarici İşlər Nazirliyi nəşrə insidentlə bağlı məlumatlı olduğunu təsdiqləyib.
Nə üçün məhz Quggerin ölkəyə buraxılmadığına gəldikdə isə, ehtimal edilir ki, bu, onun Avropa Şurasındakı fəaliyyəti ilə bağlı ola bilər. Çünki Qugger həm də AŞPA-da seçki müşahidəçisidir.
Digər tərəfdən, Qugger Azərbaycana qarşı vaxtaşırı çıxışları ilə də seçilir. “Blick” yazıb ki, Azərbaycan Ordusu 2023-cü il 19-20 sentyabrda antiterror əməliyyatı keçirərkən Qugger açıq şəkildə “ermənilərə qarşı zorakılığa” etirazını bildirib, həmçinin Azərbaycan səfirinə öz tənqidlərini ünvanlayıb.
Onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı da mövqe tutduğu bildirilir.
Qeyd edək ki, Quggerin Azərbaycana niyə buraxılmadığının daha bir səbəbi onun Sürixdən verdiyi qərəzli açıqlamalardır. Belə ki, o, Azərbaycanda “İlham Əliyevin artıq seçildiyini, seçkilərin heç də ədalətli olmadığını” indidən bildirməkdədir. Onun "seçki müşahidəçisi" kimi mandat əldə edib, Azərbaycana qarşı növbəti qaralama kampaniyalarda aktiv iştirak edəcəyinə heç bir şübhə ola bilməzdi. Buna görə də onun "müşahidəçi mandatı"nın əlindən alınması ən doğru addımdır.
- İranda aksiyalar vaxtı yandırılan məscidlərin sayı şok etdi
- Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib
- 4 erməni məhbus buna görə qaytarılıb - Saakyan
- Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi
- Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
- Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...