Hindistanın Baş naziri Narendra Modi seçki kampaniyası zamanı islama qarşı ifadələri ilə seçilib.
BUTA.TV “Yeni Şəfəq”ə istinadla xəbər verir ki, Modi seçki çıxışı zamanı ölkə müsəlmanlarını "təxribatçı" adlandırıb.
Çıxışdan sonra 17.000-dən çox insan Hindistan Seçki Komissiyasına müraciət edərək, müsəlmanlara qarşı nifrəti qızışdırdığına və komissiyanın əxlaqi davranış qaydalarını pozduğuna görə Modiyə qarşı tədbir görülməsini tələb edib.
“Modinin sözləri 200 milyondan çox müsəlmanın həyatını riskə atır. Bayden administrasiyası Modinin ritorikasını və Hindistanda geniş yayılmış anti-müsəlman zorakılığını pisləməlidir. Hindistandakı bu vəziyyət xüsusi narahatlıq doğurmalıdır”, - Vaşinqtondakı Corctaun Universitetinin professoru İrfan Nuruddin bildirib.
Qeyd edək ki, Modi islama qarşı nifrəti ilə hər zaman diqqətləri özünə cəlb edir.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır