Tanınmış həkim, ölkənin sabiq baş pediatrı 73 yaşlı Nəsib Quliyevdən 3 gün sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının 62 yaşlı hakimi İlqar Dadaşovun da intihar etməsi ictimaiyyətdə narahatlıqla qarşılanıb.
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan psixiatr Orxan Fərəcli onların intiharını depressiya ilə əlaqələndirib.
Onun sözlərinə görə, 50 yaşdan yuxarı insanlar intihara daha çox meylli olurlar:
“Böyük ehtimal, onların intiharının arxasında depressiv problem dayanır. Amma qeyd edim ki, 50 yaşdan yuxarı intihar edən kişilərin sayı çoxdur. Məsələn, biz həkim olaraq o yaşlarda olan insanlara, depressiv xəstələrlə, intihara meylli olan şəxslərə qarşı diqqətli oluruq. Hətta onlara fərqli yanaşırıq. Bir yeniyetmələr, bir də 50 yaş üstü kişilər risk qrupuna aiddirlər. Say olaraq gənclərin daha çox intihar etdiyini görsək də, ümumi statistikaya baxdıqda əslində, 55-60 yaş üstü intihar edənlərin sayı daha çoxdur. Bu, vəzifə ilə də əlaqədar ola bilər, maddiyyatla da”.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır