Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda birgə gecə təlimi keçirilib.
BUTA.TV xəbər verir ki, təlim FHN-in Aran Regional Mərkəzinin hazırlıq planına, eləcə də Mərkəzlə Yevlax rayon Polis Şöbəsi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsi arasında təsdiq olunmuş Qarşılıqlı Fəaliyyət Planına uyğun olaraq keçirilib. Təlimdə göstərilən qurumların müvafiq qüvvə və vasitələri iştirak edib.
Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, qəzaya uğramış avtomobildə zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyət, həmçinin xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə “qəza etmiş avtomobildə sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri“ təxliyə edərək “aidiyyəti üzrə təhvil veriblər”.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video