Almaniya hökuməti İsrailin müxtəlif növ silahların alınması ilə bağlı təkliflərini gecikdirir, amma eyni zamanda Qətərə ağır silahlar satır.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” mənbələrə istinadla məlumat yayıb.
“2023-cü ildə İsrail hökuməti öz döyüş tankları üçün bir neçə min ədəd döyüş sursatı alınmasını istəyib və digər silah növləri üçün də əlavə müraciətlər daxil olub. Lakin Berlin satışla bağlı hələ qərar verməyib. Qeyd olunub ki, bir neçə cəbhədə müharibə aparan İsrail üçün xaricdən müəyyən hərbi texnikanın alınması kritikdir”, - nəşr bildirib.
Qeyd olunub ki, 2024-cü ilin birinci yarısında Almaniya hökuməti HƏMAS-ın ən mühüm dəstəkçilərindən biri olan Qətərə 100 milyon avroluq silah satışına icazə verib:
“Bu icazələrin əsas hissəsi, RCH 155 özüyeriyən artilleriya qurğularının satışına aiddir. Bunun müqabilində Qətər Almaniyada təmir olunan 24 “PzH 2000” özüyeriyən artilleriya qurğusundan 12-ni Ukraynaya təhvil verməyi vəd edib”.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video