Bu gün ölkəmizdə müzakirə olunan konseptual dilemma belədir. Ermənistan Respublikası nə üçündür: bir forpost, dayaq nöqtəsi, ərazisində daha böyük dövlətin olması (“Tarixi Ermənistan konsepsiyası”), yoxsa beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən, rifahın ayrılmaz elementlərinin yaxşı yaşayış, azadlıq, ədalət, təhlükəsizlik olduğunu dərk edən ölkə (“Real Ermənistan konsepsiyası”)?
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan yazıb.
“İnanıram ki, xalqımız öz seçimini çoxdan “Real Ermənistan”ın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətlər ona qulaq asmamış, mahiyyətcə xalqımızı “tarixi dövrədə” yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən xalqımızdan üzr istəməliyik və mən də üzr istəyirəm”, - o, sosial şəbəkə hesabında bildirib.
- Xəzər dənizində zəlzələ oldu
- Jurnalistlərin etik davranış qaydaları dəyişir
- Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər
- Bakıda kişi yanaraq öldü
- Ötən gün faciəvi şəkildə ölən Zəhranın - Fotosu
- 16 yaşlı rəssam 29 il əvvəl Ulu Öndərdən nə istəmişdi? - Video
- Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
- Su obyektlərindən xüsusi məqsədli istifadə ödənişli olacaq