FİDE şahmatçıların oktyabr ayı üçün dünya reytinqini dərc edib.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Bir pillə geriləyən qrosmeysterimiz 2733 xalla 18-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci pillədə qalıb. 10 pillə irəliləyən Rauf Məmmədov (2643) 90-cı pillədə yer alıb. 2637 xalı olan Aydın Süleymanlı isə 100-cü yerə yüksəlib.
Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edib.
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, bir pillə geriləyib və 2426 xalla 34-cüdür. 8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci, bir addım irəliləyən Ülviyyə Fətəliyeva (2383) isə 67-ci pillələrdə qərarlaşıb. Xanım Balacayeva (2362) 21 pillə geriləyərək 83-cü olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.
- Türkiyə ilk oyununda məğlub oldu - Video-Yenilənib
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı