Biz istəyirik ki, itkinlərimiz haqqında informasiya əldə edib onların ailələrinə məlumat verək.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Dmitri Lubinets deyib.
O bildirib ki, Rusiya ilə müharibə nəticəsində məlumatların əldə edilməsində böyük çətinliklər yaranıb:
“Ukrayna hazırda itkin şəxslər problemi ilə üzbəüz olan ölkələrdən biridir və bununla bağlı həllər axtarır. Bizi ən yaxşı başa düşən ölkələrdən biri Azərbaycandır. Müharibə nəticəsində Ukraynada itkin düşmüş Azərbaycan vətəndaşları var. Biz informasiyaları birgə tapmalıyıq. Mən sizlərdən dəstək istəyirəm. Biz bu məsələdə həqiqətən narahat olmalıyıq”.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi