5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu günün Azərbaycanda 1993-cü ildən qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Təəssüflə qeyd etməliyik ki, müəllimlik peşəsində hələ də ciddi nöqsanlar qalmaqdadır.
Bakı Dövlət Universitetinin müəllimi, təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev Konkret.az-a açıqlamasında son illərdə bəzi problemlərin öz həllini tapdığını bildirib: vakansiyalar
Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü
“Azərbaycan müəlliminin əvvəlki illərlə müqayisədə problemləri xeyli azalsa da, hələ də müəyyən çatışmazlıqlar var. Müəllimləri iki kateqoriyaya – ali və orta təhsil müəssisələrindən çalışanlar olmaqla bölsək, problemləri belə sadalamaq olar.
Birincisi, məktəblərdə çalışan müəllimlərin son illərdə sosial təminatını yaxşılaşdırmaq üçün bu istiqamətdə müəyyən addımlar atılır. Diaqnostik qiymətləndirmə və sertifikasiya imtahanları nəticəsində əmək haqları artırılır. Ancaq ölkədəki inflyasiya dərəcəsində və qiymətlərdə artım olduğundan, tələb və təklifə görə maaşlar yetərincə azdır. Bu səbəbdən kişi müəllimlərin sayında xeyli azalma müşahidə olunur. Eyni zamanda, sürətlə inkişaf edən dövrümüzdə müəllimlərin dəyişən tələblərə uyğunlaşması üçün onları təlimlərə və ezamiyyələrə göndərmək vacibdir”.
Mütəxəssis universitet müəllimlərinin də problemlərindən söz açıb:
“Ali təhsil müəssisələrində çalışan müəllimlərin problemlərindən bəhs etsək, qeyd etmək olar ki, burada əsas məsələ sosial-mənzil şəraitinin olmamasıdır. Aldıqları maaşlar nəinki ailə saxlamaq, heç övladlarının sağlam, hərtərəfli yetişdirilməsinə bəs etmir. Bu səbəbdən kifayət qədər kişi müəllim ailə həyatı qura bilmir. Buna baxmayaraq, Azərbaycan müəllimi fədakardır”.
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü