Bu gün Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.
BUTA.TV Rusiya mətbuatına istinadla xəbər verir ki, iclasda dövlət başçıları MDB çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaq və 2025-ci ildə təşkilata sədrlik barədə qərar qəbul edəcəklər.
Həmçinin 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 80 illiyi ilə əlaqədar MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətin müzakirə edilərək qəbul edilməsi nəzərdə tutulur.
Gündəliyə həmçinin quruma üzv dövlətlərin Parlamentlərarası Assambleyasının inteqrasiya əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyəti və digər mühüm məsələlər daxildir.
Rusiya mətbuatının yazdığına görə, MDB dövlət başçıları Moskvaya bu gün 72 yaşı olan Rusiya Prezidenti Vladimir Putinin doğum günündə yollanacaqlar. Hələlik dörd ölkə lideri – Tacikistan Prezidenti İmaməli Rəhman, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Moskvaya gedəcəklərini təsdiqləyiblər.
Azərbaycan Prezidenti İlham Əliyevə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə, Türkmənistan Prezidenti Sədrdar Berdiməhəmmədova və Ermənistan Baş naziri Nikol Paşinyana da dəvət göndərilib.
Rusiyanın “Ej” Teleqram kanalı Qazaxıstan Prezident Administrasiyasına istinadla yazır ki, oktyabrın 7-də Prezident Tokayev əsas diqqəti AES-in tikintisi ilə bağlı referendumun yekunlarına yönəldəcək.
“Prezidentin planlarına referendumun nəticələrini yekunlaşdırmaq və Qazaxıstan vətəndaşlarına müraciət etmək daxildir. Tokayevin Rusiyaya səfəri hələ ki, qrafikdə yoxdur, amma qərarlar vəziyyətdən asılı olaraq sabah (bu gün – red.) veriləcək”.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video