Bayden artıq yaşlanıb. Yaşla əlaqədar xəstəlikləri var, uzaq səfərlərə çıxa bilmir. Artıq prezidentlik müddəti də başa çatmaq üzrədir. 2 ay sonra Baydenin səlahiyyətləri bitəcək. Buna görə, həm səfərlərin, həm də görüşlərin sayını azaldıb.
Bu sözləri BUTA.TV-a politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenin “Milton” qasırğası ilə əlaqədar oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmasını şərh edərkən deyib.
O, Baydenin qasırğadan bəhanə olaraq istifadə etdiyini bildirib:
“Məsələn, bu gün Laosun paytaxtında ASEAN sammiti başlayır. O, toplantıya özü getmədi, Blinkeni göndərdi. İndi qasırğa da bir bəhanədir. Qasırğa ilə prezident mübarizə aparmır ki! Sırf yaşlı olduğu, xəstəlikləri və prezidentlik müddətinin bitməsinə az qaldığı üçün bu cür toplantılara qatılmır”.
Qeyd edək ki, oktyabrın 12-də Almaniyadakı Ramşteyn hərbi bazasında Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupunun görüşü keçirilməlidir. Bu toplantı əhəmiyyətinə görə əvvəlki Ramşteyn görüşlərindən fərqlənir və ABŞ Prezidenti Co Baydenin də toplantıya qatılacağı, iclasa sədrlik edəcəyi Ağ Ev tərəfindən elan edilmişdi.
Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ramşteyn görüşündə “qələbə planı”nı təqdim edəcəyi də gözlənilir.
- Bakıda güclü partlayış: rəsmi açıqlama yayıldı - Video
- Bakıdakı partlayışda xəsarət alan varmı? - DİN-dən açıqlama
- Azərbaycandan Britaniya deputatlarına etiraz...
- Onlarla bağlı təşkilatlara dəfələrlə müraciətlər edilsə də...
- Putin və Szinpin bu səfərdən imtina etdilər – Müəmma
- Təhqir, qeybət, xəyanət... – Gündəmdə qalmaq üçün hər şeyə razıdırlar
- Ordumuz regional sülhün və təhlükəsizliyin əsas qarantıdır
- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür