Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib:
"Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər."
- Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video
- "Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video
- Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili
- “Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani
- İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!
- İranda şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi
- İlham Əliyev İran səfirini qəbul etdi
- Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi