Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan bir qrup işçi şikayətçidir.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, 130 nəfərdən ibarət olan heyət iddia edir ki, heç bir səbəb olmadan rəhbərlik tərəfindən işdən azad olunublar.
43 ildir sözügedən müəssisədə çalışan Yunus İsgəndərov bildirib ki, üç gün öncə idarə heyəti işçiləri çağıraraq, təmirə ehtiyacı olan nasosları düzəltdirib, səhəri gün isə onları işdən azad ediblər.
Məsələ ilə bağlı Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov bildirib ki, işdən çıxarılma struktur dəyişikliyi ilə bağlıdır və növbəti günlərdə də bir neçə nəfərin işdən çıxarılması gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarılmışdı.
- Bakıda kişi lyuka düşdü: İki gündür tapılmır - Video
- "Şahdağ Quba"nın prezidenti İstanbulda ölü tapıldı - Video
- Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili
- “Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani
- İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!
- İranda şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi
- İlham Əliyev İran səfirini qəbul etdi
- Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi