Kolleclərə direktor müavinləri təyin olunublar.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyin sədrinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq Təhsil siyasəti və idarəetməsi ixtisası üzrə magistr dərəcəsi alıb. O, 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.
Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində Təhsilin təşkili və idarəolunması ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...