Müdafiə Nazirliyi hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edib. Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.
"Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.
Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.
“Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır.
Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər", - O.Gündüz qeyd edib.
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü