Gədəbəydə yarğanda tapılan kişi meyti ilə bağlı dindirilən şəxslər həbs edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, oktyabr ayının 9-da rayonun İnəkboğan kənd sakini, 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.
Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlərin olması müyyənləşib.
Araz Qasımovun ölümü ilə bağlı əmliyyat-istintaq marağı kəsb edən kənd sakinləri - 1983-cü il təvəllüdlü T.İ. və 1974-cü il təvəllüdlü C.İ. Gədəbəy Rayon Polis şöbəsinə dəvət olunub. Lakin onlar qanunun tələblərini anlamadan, polis əməkdaşlarının çağırışına etiraz əlaməti olaraq polis şöbəsində səs-küy salıblar.
Məhkəmənin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə həbs ediliblər.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...