Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək veriləcək.
Əvvəl bu müddət 2024-ci il oktyabrın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVİD-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
- DİN-dən "Son zəng"lə bağlı məlumat...
- Tramp ad günündə müqaviləni imzalamaq istəyir - SEPAH
- “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert
- Bakıda bu parkinqlərin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - Siyahı
- Flora Kərimovanın son durumu açıqlandı
- “Deyirdi, lift işləmir, qohum-əqrəbalarının qaldığı mərtəbələrə qalxırmış” - Video
- Naxçıvana uçan təyyarə ildırımlı havaya görə geri qayıtdı
- Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü