Gəncədə yaşayış binasına ildırım düşdü: 1 ölü, 3 yaralı

07:46 - 18 Oktyabr 2024 - GÜNDƏM

 Gəncədə yaşayış binasına ildırım düşdü: 1 ölü, 3 yaralı

Gəncə şəhərində yaşayış binasına ildırım düşməsi nəticəsində bir nəfər ölüb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı bir qadın ölüb, daha 3 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha bir nəfər xəsarət alıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol