Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"i böyük hesabla məğlub edib.
BUTA.TV xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.
Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.
Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.
- Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan
- Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
- FTX Azərbaycan vətəndaşını saxladı
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək