DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublikanın ayrı-ayrı rayonlarında yağışın intensiv və güclü olacağı, bəzi dağlıq rayonlarda qarla əvəzlənməsi ehtimalı var.
Verilən xəbərdarlıq, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti avtonəqliyyat vasitələrinin sürücülərindən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında ehtimal olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir".
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?