Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.
Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***
Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib.
Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
- Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir
- Xocalıda talanlar bu tarixədək davam edib - Babayan
- Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya
- Əliyev əllərini təcili dezinfeksiya etməlidir
- Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO
- Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
- Telefonda icra başçısını təhqir etdi - Cəzalandırıldı
- “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin” - SİSTEM ÖZÜNÜ DOĞRULTMADI