Azərbaycanın tanınmış VMF şirkəti cərimələnə bilər.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 422-ci (Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq. 422-ci maddəyə əsasən, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
- Nazirdən 10 və 11-ci sinif şagirdləri bağlı yeni plan
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
- Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi