Moskvada Bakı Şəhər Günləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya paytaxtında Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılışında Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəis müavini Vyaçeslav Manuylov deyib.
“Biz Moskva ilə Bakı arasında turist axınını artırmaq üçün birgə tədbirlər keçirməyə və müxtəlif marketinq kampaniyalarında iştirak etməyə hazırıq. Departamentimiz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir”, - deyə Manuylov bildirib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək COP29 zamanı Moskva meriyası nümayəndə heyətinin iştirakı ilə Rusiya paytaxtında Bakı Şəhər Günlərinin keçirilməsi, bu tədbirlər çərçivəsində sərgilərin, konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq.
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
- Nazirdən 10 və 11-ci sinif şagirdləri bağlı yeni plan
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
- Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi