Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır. Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən çap mediası və onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək, maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürülüb. Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov APA-ya geniş müsahibəsində deyib.
“Mediada sağlam rəqabət mühitinin olması və bunun təmin edilməsi inkişaf üçün vacib şərtdir. Yerli onlayn media subyektləri onlara təqdim olunan rəqəmsal alətlər vasitəsilə auditoriyasını və rəqibləri arasındakı mövqelərini müəyyənləşdirmək imkanı qazanıblar.
Məlumdur ki, artıq insanların düşüncəsinə nüfuz etmiş rəqəmsallaşma fenomeni, eyni zamanda, yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir. Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir. Media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşması, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırması zərurəti də yaranır”, - Ə.İsmayılov qeyd edib.
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur