Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, sülh sazişinin imzalanmasında istənilən gecikmə İrəvan üçün riskdir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov “Moskva-Bakı”ya müsahibəsində Paşinyanın Azərbaycanın tələbi ilə respublika Konstitusiyasının dəyişdirilməsi şərtləri ilə bağlı son bəyanatını şərh edərkən deyib.
“Anlayır ki, müqavilənin imzalanması onun üçün şəxsi təhlükə, hakimiyyətdə qalması, ölkədə sabitliyin pozulması riski daşıyır. Bu iki məqam arasında qalan Paşinyan Bakı ilə sülh sazişinin imzalanmasını gecikdirmək və Ermənistan Konstitusiyasının dəyişdirilməsi strategiyasını saxlamağın daha yaxşı olduğunu başa düşür. Paşinyanın “Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini təsdiq etməsə, şəxsən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum təşəbbüsü ilə çıxış edəcəyi” barədə bəyanatları nədənsə inandırıcı görünmür və ümumiyyətlə, heç nə demək deyil. Təbii ki, Azərbaycanı bu ardıcıllıqlar qane etmir. Bakı sülh sazişi imzalanana qədər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın mövqeyi tamamilə ədalətlidir. Bakı risk etmək istəmir”, - o bildirib.
Mixaylov 2026-cı ildə Ermənistanda parlament seçkisinin keçiriləcəyini də xatırladıb:
“Artıq media da yazır ki, Ermənistan müxalifəti növbəti dəfə Paşinyanın bu seçkidə qalib gəlməsinin qarşısını almağa çalışacaq. Ermənistanın baş naziri bu amili nəzərə alır. Bununla bağlı o da etiraz dalğasından və kvorumun olmamasından ehtiyat etdiyi üçün indi Konstitusiya ilə bağlı referendum keçirmək istəmir. Paşinyana Qərb tərəfdaşları kömək etsə, o, seçkidə qalib gələ bilər. Amma Ermənistan başa düşməlidir ki, Azərbaycanla sülh əldə olunmasa, İrəvan Paşinyanın seçkidə qələbəsindən sonra Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı irəli sürdüyü tələbləri yerinə yetirmək üçün konkret addımlar atmasa, Bakının İrəvanı sülhə məcbur etməsi daha ağır formalar ala bilər”.
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto
- Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
- “Tofiq Bəhramov”un yaxınlığında obyekt yağır
- Restorandakı yanğın söndürüldü - Video - Fotolar - Yenilənib