Ermənistan İstintaq Komitəsi respublikanın Milli Arxivindən materialların guya Azərbaycana ötürülməsi faktı ilə bağlı dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı “Pastinfo” nəşri İstintaq Komitəsinə istinadla yayıb.
Hüquq-mühafizə orqanları ötürülən materialların məzmunu və aid olduğu dövr barədə hələlik açıqlama verməyib. Bununla belə, İstintaq Komitəsi bildirib ki, hazırda istintaq çərçivəsində Milli Arxivin heç bir əməkdaşı saxlanılmayıb.
Mənbələrin məlumatına əsasən, cinayət işi üzrə ittiham olunan bir nəfər var və ehtimal edilir ki, bu şəxs Milli Arxivin keçmiş əməkdaşıdır.
Hazırda cinayət işinin detalları ictimaiyyətə açıqlanmır.
Qeyd edək ki, daha əvvəl mediada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv işçilərindən ibarət bir qrupu gizli materialları guya Bakıya ötürməkdə şübhəli bilərək, saxladığı barədə xəbərlər yayılmışdı.
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər