Yaponların "Vaşoku" pəhrizi orqanizmin təbii yolla toksinlərdən təmizlənməsinə və sağlamlığın möhkəmlənməsinə kömək edir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Katya Yanq KP.RU-ya açıqlamasında danışıb. Mütəxəssisin sözlərinə görə, yaponların qidasının 80 faizi bitki mənşəli, 20 faizi isə əsasən balıq və dəniz məhsullarından ibarət zülal tərkiblidir.
Rasiona daxil olan bitki mənşəli məhsullar - sellüloz, antosian və polifenollar orqanizmi müxtəlif xarici amillərdən qoruyur və toksinlərdən təmizlənməsini asanlaşdırır.
Yaponlar nadir hallarda ət yeyir, süd yerinə bitki mənşəli əvəzedicilərdən istifadə edir, pendiri isə tofu ilə əvəzləyirlər. Bu cür qida orqanizmi əlavə yükləmədən qoruyur. Omeqa-3 yağları ilə zəngin balıq və dəniz məhsulları ürək-damar sistemini gücləndirir və orqanizmi yodla təmin edir.
- İnkişafın yeni mərhələsinə daxil oluruq
- Bu rayonlara dolu düşdü
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər