İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.
Nazir qeyd edib ki, bu prosesdə mühüm işlər görülüb və bu xüsusda Tehran və Bakıdakı İtaliya səfirliklərinə, eləcə də İtaliya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Farnesina Böhran Bölməsinə təşəkkür edilir.
A.Tajani bildirib ki, bölgədə yaşayan İtaliya vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətlər davam etdirilir:
“Onlar heç vaxt İtaliya dövlətinin tam dəstəyindən məhrum olmayacaqlar”.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi