İndi Azərbaycan üçün işlər asan deyil. Məlum olduğu kimi, onu İranla tarixi-mədəni əlaqələr bağlayır, mövcud fikir ayrılıqlarına baxmayaraq, hər iki dövlət onu qoruyub saxlamağa çalışır. İsraillə isə güclü tərəfdaşlıq əlaqələri qurulub. Və bu təkcə iqtisadi baxımdan qurulan əlaqələr deyil. İkinci Qarabağ müharibəsi zamanı İsrail açıq şəkildə Azərbaycana dəstək verib.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.
“Aydın məsələdir ki, İranda vəziyyət pisləşərsə, Azərbaycan təkcə qonşu ölkədən qaçan əcnəbiləri deyil, həm də qaçqın kütləsini qəbul etməyə məcbur olacaq. İlk növbədə, təbii ki, etnik azərbaycanlıları. Müxtəlif hesablamalara görə, bu, İran əhalisinin 25-30%-ni təşkil edir. Ölkənin ali dini lideri Xamenei, Prezident Məsud Pezeşkian və İran rəhbərliyinin bir çox digər nüfuzlu şəxsləri azərbaycanlıdır. Bütün qaçılmaz iqtisadi və sosial çətinliklərə baxmayaraq, Bakı kənarda qalmayacaq, kömək əlini uzadacaq. Eyni zamanda, güclər daha da fəallaşıb – ilk növbədə Qərbdə, baxmayaraq ki, daha yaxın olanlar da var, belə çətin vəziyyətdə Azərbaycanla İran arasında yenidən gərginlik yaratmağa çalışır. Bakı ilə Təl-Əviv arasında guya məxfi razılaşma var ki, molla rejiminin süqut edəcəyi təqdirdə İranın monolit dövlət kimi mövcudluğuna son qoyulacaq və o zaman Bakı Güney Azərbaycan adlanan ərazi üzərində nəzarəti ələ keçirə bilər. Hətta xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın öz hava məkanının və ərazisinin qonşu və dost İrana qarşı istifadəsinə icazə verməyəcəyi ilə bağlı rəsmi bəyanatı da bu feyki yayanlara mane olmur”, - o bildirib.
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...
- İlham Əliyev sabah Türkiyəyə gedəcək
- İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?
- Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...
- İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video
- Təbrizdə SEPAH-ın raket bazası məhv edildi - Video
- ABŞ İrana qarşı savaşa qoşula bilərmi? - Ekspert
- İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...