Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.
“BUTA TV”nin məlumatına görə, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş. Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.
Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.
***
İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib. Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.
Vəfat edən məktəblinin fotosunu təqdim edirik:
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Bu institut ləğv edilir