Bir az sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanımızın Prezidenti İlham Əliyevin iştirakı ilə burada “Azərbaycan məhəlləsi”ndə 250 mininci evin açarının təslimini həyata keçirəcəyik.
BUTA.TV xəbər verir ki, bunu Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin açılış mərasimində Türkiyənin daxili işlər naziri Əli Yerliqaya deyib.
O bildirib ki, millətləri millət edən ən böyük şey kədərli və sevincli günlərdə bir olmaqdır:
“Xatirəmizdəndə də, ürəyimizdən də silə bilmədiyimiz 6 fevralda ən böyük zəlzələlərdən biri yaşandı. Övladlarımızla, sevdiklərimizlə sınandıq. Geridə qalanların əmanətlərinə sahib çıxdıq. Dünyanın ən böyük sağlamlaşdırma prosesini gerçəkləşdirdik. Zəlzələdən zərərçəkən vətəndaşlarımızın böyük əksəriyyəti öz evlərinə qovuşur. Bu gün can Azərbaycanın inşa etdiyi 1213 ev, 1782 iş yeri və 1 məktəbin açılışını həyata keçirəcəyik. Bu tikililərin hər birində can Azərbaycanla qardaşlığın rəmzi, istiliyi var”.
Ə. Yerliqaya vurğulayıb ki, iki vətən, tək can olan qardaşlığın möhürü “Azərbaycan” məhəlləsidir:
“Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Kahramanmaraş odur. Acımız, sevincimiz birdir”.
- Tehran dəyərləndirdi: Netanyahu uğur qazandı, amma…
- İsrail rejimi dəyişmək istəyir: Bəs, İrandan nə “düzəldəcəklər”?
- Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi
- Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi
- "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilir
- Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Qəhrəmanmaraş odur
- Zaxarova Azərbaycana təşəkkür etdi
- İran savaşı dönüş nöqtəsinə çatdı