Hazırda təkcə Pəhləvilər yox, Qacarlar sülaləsinin varisi də yaşayır. Onların hakimiyyətə qayıtma versiyası danışılsa da, hakimiyyətə gələcəklərini düşünmürəm. Çünki Rza Pəhləvini ABŞ hakimiyyətə gətirmək istəyir. Bu baş verərsə, Güney Azərbaycanda yaşayan azərbaycanlılar ayağa qalxar və bütün ölkə qarışar. Heç farsların özü də Rza Pəhləvinin hakimiyyətə gəlməyini istəməz. Təəssüf ki, İranda baş verən hadisələrdə soydaşlarımız aktiv deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli Rza Pəhləvinin İranda hakimiyyətə gəlmə ehtimalını şərh edərkən deyib.
“Məncə, hakimiyyət dəyişərsə, varisliyi davam etdirməkdə ən real namizədlərdən biri elə Məsud Pezeşkiandır. Rejim devrilsə, Pezeşkian keçid dövrünün prezidenti və hakimiyyətin təmsilçisi kimi ölkəni idarə edə bilər. Bu dövrdə də ölkənin yeni konstitusiyası hazırlana bilər. Həmin konstitusiyada hakimiyyətin qolları – icra, qanunvericilik və məhkəmə hakimiyyəti öz əksini tapa bilər və İran dünyəvi ölkələrdən birinə çevrilə bilər.
Bir daha qeyd edirəm ki, Qacarların və Pəhləvilərin hakimiyyət iddiasını qəbul etmirəm. Onlar illər boyu İranın tabeliyindən kənarda yaşayıblar”, - deyə Qabil Hüseynli bildirib.
Qeyd edək ki, İranda baş verən son hadisələrdən sonra Pəhləvilər sülaləsinin varisi Rza Pəhləvi və Qacarlar sülaləsinin son varisi şahzadə Babək Mirzənin hakimiyyətə gəlməsi versiyaları müzakirə olunur.
Xatırladaq ki, Qacarlar sülaləsi 1925-ci ildə Britaniyanın hərbi müdaxiləsi ilə devrilib və fars millətçisi Pəhləvi hakimiyyətə gətirilib.
- Ermənistanın bu bəyanatını qətiyyətlə rədd edirik - XİN
- Rusiya və İran müharibə aparır, Türkiyə... – Sərkisyan qorxutdu
- Böyük Qayıdışla bağlı ilk iclas keçirildi
- Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
- Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər?
- ABŞ İrana yenidən zərbə endirə bilərmi?
- Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik
- İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı