İran üçün bu tələbləri qəbul etmək suverenliyini itirməsi demək olardı. Uranın zənginləşdirilməsini dayandırmaq bəlkə də müzakirə oluna bilər. Ancaq raket istehsalına məhdudiyyət İranı müdafiəsiz vəziyyətə salar, həmçinin husilər, yaxud Hizbullahdan imtina da İrana etibarı heçə endirər.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Avropanın İrandan üç tələbi haqda məlumatı şərh edərkən deyib.
“Düşünürəm ki, burada ideal tələb o olar ki, İranın uranı zənginləşdirməsi nəzarətə alınsın. Yəni 3%-ə qədər zənginləşdirə bilsin, digər yüksək səviyyədə zənginləşdirilmiş uranı isə Rusiyaya təhvil versin”, - o bildirib.
Politoloq tezliklə sülhün əldə olunacağına şübhə etdiyini də vurğulayıb:
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
“Çünki İranın zənginləşdirilmiş uranı Rusiyaya verəcəyi, raketlərinə məhdudiyyət qoyacağı və proksilərindən imtina edəcəyi inandırıcı deyil. İran bu tələbləri qəbul edərsə, müdafiəsi olmayan, istənilən ölkənin girib-çıxdığı, müdaxilə etdiyi, bombaladığı dövlət ola bilər”.
- İran 44 günlük savaşdakı taktikadan istifadə etdi
- Prezident Çen Qianqı qəbul etdi
- İranın dəhşətli zərbəsi: İsrail susdu, Tramp təşəkkür etdi
- Prezident Mingəçevirdə ermənilərin raket atdığı ərazidə...
- Ukrayna vətəndaşları İrandan ölkəmizə təxliyə olundu
- İsrail-İran savaşı bitdi: Kim nələr itirdi?
- MM Ali Baş Komandanı təbrik etdi
- Təbrizli yazıçı həbs edildi