Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki "8 Noyabr" elektrik stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi