Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

16:30 - 24 İyun 2025 - GÜNDƏM

 Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində İrandan gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir.

BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu gün təxliyə olunanlar arasında ABŞ, Rusiya, Ukrayna və İtaliyadan olan şəxsləri var.

Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyinin 20 nəfərə yaxın əməkdaşı və ailə üzvləri Azərbaycana təxliyə olunub.

Hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılan nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətinə yola salınıb.

Təxliyə edilənlərdən Simin Emili deyib ki, milliyyətcə iranlı olan Amerika vətəndaşıdır:

“Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi".

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol