Dünən İran Tehranın İnqilab meydanında İsrail üzərində qələbəni bayram edib. Hansı qələbədən söhbət gedir, məlum deyil.
12 günlük müharibə ərzində İsrail ordusu İranın 30-a yaxın ordu komandanını, nüvə alimlərini öldürdü, ölkənin hərbi infrastrukturlarına ziddi zərbə vurdu, hava hücumundan müdafiə sistemləri məhv edildi. İsrail aviasiyası İran səmasında hökmranlıq edirdi. Qırıcı-bombardmançılar rahat şəkildə İranın istənilən obyektini vura bilirdi və s.
İranın da İsrailə zərbələri oldu, ancaq İsraildə MOSSAD-ın bir üzvü də ölmədi, yaxud ÇAXAL-ın generalı və ya polkovniki xəsarət almadı; İsrail 1,7 milyon kv-km ərazidə istənilən nöqtəni, hətta generalları evinin yataq otağında dəqiq zərbə ilə məhv edə bilsə də, İran cəmi 22 min kv-km ərazisi olan İsraildə yalnız mülki binalara xətər yetirə bildi – yəni hara gəldi, atırdı...
Müharibə ərzində İrandan 500-ə yaxın müxtəlif tipli ballistik, hipersəs raket atıldı ki, bunların da yalnız 50-yə yaxını hədəfə çata bildi. Əgər bu raketlərin hamısı İsrailə düşsəydi, bu gün İsrail adında dövlət yox idi.
İranın zərbələri nəticəsində 28 mülki şəxs ölüb, israilin zərbələrində isə 606 və bu 606 İranın rəsmi məlumatıdır: bu 606-nın içində əsasən generallar, SEPAH-ın və ordunun zabitləri çoxluq təşkil edir.
İsrail yarandığı gündən ətrafındakı ərəb ölkələri ilə apardığı heç bir müharibəni uduzmayıb, amma bu ölkə bir dəfə də olsun qələbə bayramı keçirməyib. Ümumiyyətlə İsrailin təqvimində belə bayram yoxdur.
Amma İsrailə bütün savaşları uduzan ərəb ölkələrində xeyli sayda “İsrail üzərində qələbə” bayramları var.
Məsələn, Misirdə oktyabrın 6-sı Yom əl-Qüvvət əl-Müsəlləh bayramı keçirilir. Bu bayram 1973-cü ildə Yom Kippur (Qiyamət Günü) müharibəsində Misir ordusunun Süveyş kanalını keçməsinə həsr olunub. Həmin müharibənin nəticəsində Misir məğlub oldu. İsrail ordusu Qahirənin 10 km-də dayanmışdı. Yalnız ABŞ-ın təkidlərindən sonra İsrail ordusu geri çəkildi.
Suriyada da 6 oktyabr Yum Bad Hərb Uktuber – Oktyabr müharibəsinin başlandığı gün qeyd olunur. Bu bayram da İsrailə müqavimət gününə həsr olunub. Misirlə yanaşı Yom Kippur müharibəsində İsrailə hücum edən Suriya nəticədə ağır məğlubiyyət aldı, Qolan təpələrinin bir hissəsini də itirməli oldu.
Livanda da Yom Təhrir əl-Cənub – Qurtuluş Günü adlı bayram qeyd olunur. 1982-ci ildə İsrail “Qalileya üçün sülh” adlı əməliyyat nəticəsində Livanın cənubunu işğal edərək təhlükəsizlik zonası yaratmışdı. 2000-ci il mayın 25-də isə BMT-nin 425 saylı qətnaməsinə uyğun olaraq təhlükəsizlik zonasını tərk etdi. Livanlılar da bu bayramı İsrail ordusunun Livanın cənubundan çıxarılmasına həsr ediblər.
Bu cür “qələbə” bayramları Fələstin Muxtariyyətində, Qəzzada da qeyd olunur. Fələstin hələ müstəqil ola bilmir, Qəzzada dağıntılardan başqa heç nə yoxdur, amma İsrail üzərində qələbə bayramı var!
- Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu
- Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi
- Zakir Həsənov hərbi rütbələr verilən hərbçilərlə görüşdü
- Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi
- Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi
- Sabah hərbi orkestrlərin müşayiəti ilə yürüşlər olacaq - MN
- Səhiyyə naziri məhkəməyə verildi
- İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!