Azərbaycan heç vaxt imkan verməz ki, azərbaycanlıların da vətəni olan İrana bizim ərazimizdən kimsə istifadə edərək zərbə endirsin.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev İranın İsrail dronlarının Azərbaycan üzərindən İrana zərbələr endirməsinə dair “məlumatların” Azərbaycan tərəfindən araşdırılmasının zəruriliyi barədə açıqlaması haqda danışarkən deyib.
“İran yaxşı olar ki, bir daha İsraili məhv edəcəyini söyləməsin, İsrail və ABŞ ilə barış üçün səy göstərsin, təcili ölkə daxilində islahatlara başlasın. Həmişə deyirəm ki, Pezeşkian İranın dinc inkişafı üçün bəlkə də son şansdır.
İran özü araşdırmalıdır ki, niyə onun vətəndaşları bu qədər geniş formada İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? İranın hərbi obyektlərinə zərbələr endirən dronların çoxu İran ərazisində yığılıb və İran ərazisindən də zərbələr endirilib. Axı, İran islam dövlətidir və dinimizə görə vətəni qorumaq imandandır. Bunun sadə cavabı bu atalar misalındadır - “acın imanı, toxun amanı olmaz”, - deputat bildirib.
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür