Rusiya Ombudsmanı Baş Prokurorluğa müraciət etdi

14:06 - 30 İyun 2025 - GÜNDƏM

 Rusiya Ombudsmanı Baş Prokurorluğa müraciət etdi

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Yekaterinburda baş vermiş hadisə ilə bağlı ölkəsinin Baş Prokurorluğuna müraciət edib.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, Moskalkova deyib ki, Rusiya Federasiyasının Baş Prokurorluğuna həbsin qanuniliyini və əsaslılığını, habelə cinayət törətməkdə şübhəli bilinən şəxslərin və qurbanların hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə müraciət edib.

Rusiya Ombudsmanı məsələ ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevanın ona müraciət etdiyini xatırladıb.

Qeyd edə ki, Səbinə Əliyeva Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla bağlı Rusiya Ombudsmanına müraciət edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol