Dimitri Peskov deyir ki, Rusiya daxilində hüquq-mühafizə orqanlarının işi, addımları Azərbaycanın diplomatik demarşına, XİN-nin açıqlamalar verməsinə səbəb olmamalıdır. Tam mənasız, hətta absurd yanaşmadır, Azərbaycan hüquq-mühafizə orqanları Rus Evini haqlı səbəblərə görə bağlayanda niyə Rusiya XİN-i məsələyə müdaxilə etməyə çalışırdı? Və ya bu gün Azərbaycan polisi, DİN, “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir, Peskovun “məntiqi” ilə Rusiya XİN-i buna münasibət bildirməməlidir, amma edəcəklər, dəfələrlə də ediblər.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Rusiyanın ən böyük problemi tutarsızlıq, eyni məsələyə müxtəlif yanaşmasıdır. Məsələn, İsrail və ABŞ-a deyir ki, İranın suveren ərazisinə havadan müdaxilə etmək olmaz, bu, beynəlxalq hüququ pozmaqdır, özü isə həm havadan, həm qurudan Ukraynaya təcavüz edib, bu ölkənin suverenliyini tapdalayıb, torpaqlarını işğal edir. Və ya Rusiyanın Ukraynada yaratdığı separatizmə haqq qazandırmaq üçün “millətlərin öz müqəddaratını təyinetmə” hüququna “əsaslanır”, amma öz ərazisində öz müqəddəratını təyin etmək istəyən Çeçenstana divan tutdu, 100 min çeçen qətlə yetirildi.
Ya da Belarusla İttifaq Dövləti qurur, bunun beynəlxalq hüquqa söykəndiyini, ölkələrin təbii haqqı olduğunu söyləyir, amma Azərbaycanın Türkiyə ilə hərbi-təhlükəsizlik ittifaqı qurmasına qıcıq olur, qəbul etmək istəmir.
Siyahını uzada da bilərəm, Rusiyanın tutarsızlığı elə bu ölkənin özünün gələcəyinə ciddi təhdiddir, çünki bir gün qurduqları “hüquqi tələ”yə elə özləri də düşəcəklər...” - deyə Cəfərli qeyd edib.
- Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı
- "Sputnik Azərbaycan"ın ofisində saxlanılanların adları
- AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya
- Konstitusiya Məhkəməsinə hakimlər təyin olunacaq
- Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
- "Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama
- Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
- Bakıda FTX əməkdaşlarının saxlanılması: Rusiya nə planlaşdırırdı?