Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
BUTA.TV xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi