Minval.az redaksiyasına anonim məktub daxil olub.
BUTA.TV sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer E190 təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulduğunu təsdiqləyən materiallar yer alıb.
Məktubda Hava Hücumundan Müdafiə kapitanının izahatı, atəş anını əks etdirən videoyazı, audiofayllar və digər sənədlər təqdim olunub. Bu materiallara əsasən, atəş Rusiya Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə açılıb.
Redaksiya təqdim olunan materialların orijinallığını müstəqil şəkildə təsdiqləyə bilməsə də, onların ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə dərc etməyi planlaşdırır.
Eyni zamanda Minval.az redaksiyası həmin materialların Azərbaycan Respublikasının faciənin araşdırılması ilə məşğul olan aidiyyəti qurumlarına təqdim olunmasına hazır olduğunu bəyan edir.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür