Məni bu azərbaycanlının xahişindən sonra buraxdılar - Şıxlinski

11:06 - 2 İyul 2025 - GÜNDƏM

 Məni bu azərbaycanlının xahişindən sonra buraxdılar - Şıxlinski

Mən azadlığımın qorunması üçün, eləcə də Rusiyada yaşayan Azərbaycan diasporunun təhlükəsizliyi və hüquqları naminə göstərdiyi xidmətlərə görə iş adamı, hüquqşünas professor İlham Rəhimova minnətdaram. Mənim fikrimcə, İlham müəllim bu işə qarışmasaydı, Azərbaycan diasporu bu proseslərdən daha ağır yara ala bilərdi və şəxsən mənim azadlığa çıxmağım da məhz onun müdaxiləsi ilə mümkün oldu.

BUTA.TV xəbər verir ki, bu sözləri Ural bölgəsində yaşayan Azərbaycan diasporunun rəhbəri, hüquqşünas Şahin Şıxlinski "Yeni Müsavat"a müsahibəsində deyib.

Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında xüsusi zorakılıqla saxlanılmışdı. Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı açıqlanmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol