Mən Prezident Əliyevə Ukraynanı, xalqımızı və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə təşəkkür etdim. Həmçinin Rusiyanın Azərbaycan vətəndaşlarını ələ saldığı, Azərbaycanı hədələdiyi şəraitdə Ukraynadan açıq dəstək ifadə etdim.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı haqda sosial şəbəkə hesabında qeyd edib.
“Səfərov qardaşlarının Rusiyada qətlə yetirilməsi ilə bağlı Azərbaycana başsağlığı verdim. Əminəm ki, bütün faktlar aydınlaşacaq. Ədalət lazımdır.
Əliyevlə baxışımız eynidir: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır.
Biz ikitərəfli münasibətlərimizi - enerji və humanitar sahədə əməkdaşlığı müzakirə etdik. İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasını keçirməyə razılaşdıq”, - Zelenski yazıb.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı