“Bu, bir statusdur və onun qərarlarını qəbul etmək üçün Azərbaycan Beynəxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olmalıdır. Ölkəmiz BCM üzv deyil. İlkin olaraq həmin məhkəməyə üzvlük olmalıdır”.
Bu sözləri "Yeni Sabah"a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.
Deputat qeyd edib ki, sözgedən məhkəmə hər hansı bir ölkəyə qarşı hüququn aliliyini təmin edə bilmir: “Uzun illərdir ki, ölkəmizin Beynəlxalq Cinayət Məhkəməsinə üzvlük müraciəti gündəmdə deyil. Həmin məhkəmə hər hansı bir ölkəyə qarşı hüququn aliliyini təmin edə bilmir. Ona görə də, mən ora üzvlük ehtiyacı görmürəm”.
Roma statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Bu statusa əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin tədqiqatını apara bilər.
Beynəlxalq Cinayət Məhkəməsi 17 mart 2023-cü ildə Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verib. Bu deməkdir ki, Putin Roma statusuna qoşulan hər hansısa bir ölkəyə səfəri zamanı həbs edilə bilər.
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...