İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmamışdır. “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”, - deyə Prezident əlavə edib.
- Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan
- Məsud Pezeşkianın Azərbaycan səfəri başa çatdı
- Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian
- İmaməli Rəhmanın Azərbaycana səfəri başa çatdı
- Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi
- Rusiyadakı repressiyalar bütün təzahürlərdə... - Hipper
- Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
- İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video