İsrail İrana qarşı qeyri-qanuni hücum edib, bu hücum ABŞ tərəfindən dəstəklənib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
İran Prezidenti deyib ki, 12 gün ərzində mülki insanlara qarşı da hücum olub, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin himayəsində olan nüvə obyektlərinə hücum olub:
“Biz qanuni özünümüdafiə hüququndan istifadə edərək bölgədə müharibənin qarşısını aldıq. ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb. Bu vəziyyət davam edərsə, bu, regionda iqtisadi inteqrasiyaya mənfi təsir edəcək. İƏT üzvlərinə məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. İƏT-in son Zirvə görüşü belə qanunsuz hücumların pislənməsi üçün böyük fürsətə çevrildi”.
Məsud Pezeşkian qeyd edib ki, Çin, Rusiya və Körfəzlə sərhəddə yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı tranzit nəqliyyat dəhlizlərinin təşkilində böyük rolu ola bilər.
İran Prezidenti İƏT Süni İntellekt Mərkəzinin yaradılmasını təklif edib:
“İƏT-in böyük turizm potensialı var və 2025-əqədər bu sahədə qarşıya hədəflər qoyaraq həyata keçirə bilərik”.
O vurğulayıb ki, İran növbəti Zirvə görüşünə ev sahibliyi etməkdən şərəf duyardı.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi