Dörd ölkə liderinin - Prezident İlham Əliyevin, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarın çay süfrəsi ətrafında əyləşdiyi bu masadan mühüm siyasi nəticələr çıxır.
Birincisi, Əliyev qalmaqallı Səmərqənd sammitindən sonra ŞKTC ilə digər türk dövlətləri arasında yaranmış soyuqluğu aradan qaldırır. Avropa Birliyi-Mərkəzi Asiya ölkələrinin aprel ayında baş tutan Səmərqənd sammitində yunan Kiprini dəstəkləyən, türk Kiprinin müstəqilliyinə qarşı çıxan qərar qəbul edilmişdi. Bu addımın mənfi perspektivləri var:
- Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi iştirak edən ŞKTC-nin müstəqilliyinin tanınmasının önü kəsilir;
- Türk dünyasında əməkdaşlığın yerini qarşıdurma tutur.
Səmərqənd sammitindən sonra türk liderlərini Qarabağda bir masa ətrafında əyləşdirən Əliyev həm münasibətləri bərpa edir, həm də türk dünyası üçün yaranmış mənfi perspektivləri aradan qaldırır;
İkincisi, Prezident İlham Əliyev bu gedişlər türk coğrafiyasında birləşdirici mərkəzin Azərbaycan olduğunu sərgiləyir;
Üçüncüsü, Əliyev Qarabağı türk dünyasında siyasi mərkəzə - dialoq platformasına çevirir.
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi